Texniki baza
Sınaq laboratoriyası
Türkiyə və Rusiya istehsalı olan laborator avadanlıqları ilə beton, bitum və asfaltbeton üzrə operativ və dəqiq sınaqlar aparılır.
Türkiyə və Rusiya istehsalı olan laborator avadanlıqları
Beton üzrə sınaqlar
- Betonun çökmə göstəricisinin ölçülməsi
- Beton nümunə kublarının hazırlanması
- Beton markalarına uyğun qarışım dizaynının hazırlanması
- Beton nümunələrinin sıxılmada möhkəmlik həddinin təyini
- Şmidt aparatı ilə hazır betonun markasının təyini
- Betonda hava miqdarının təyini
- Sementin markasının təyini
- Sementin tutma vaxtının təyini
Bitum üzrə sınaqlar
- Bitumun sıxlığının təyini
- Bitumun penetrasiyasının təyini
- Alışma temperaturunun təyini
- Yumşalma temperaturunun təyini
Asfaltbeton üzrə sınaqlar
- Asfaltbetonun orta sıxlığının təyini
- Asfaltbetonun həqiqi sıxlığının təyini
- Qalıq məsaməliliyin təyini
- Məsaməliliyin təyini
- Marşall nümunələrinin hazırlanması və stabilliyin təyini
- Axıcılıq həddinin təyini
- Marşall üsulu ilə qarışım dizaynlarının hazırlanması
- Asfaltbeton qarışığının dənəvər tərkibinin və bitum miqdarının təyini
- Sahədə nuklerlə kipləşmənin təyini
- Sahədən korot nümunələrinin kəsilməsi və qalınlıq və kipləşmənin təyini
- 4 m-lik reyka ilə düzlüyün yoxlanması
- Sudoymanın təyini