MYTT
Şirkət haqqında
“MYTT” MMC tikinti sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərən və Azərbaycan bazarında formalaşmış peşəkar şirkətlərdən biridir. Şirkətimiz həyata keçirdiyi layihələrin miqyası və mürəkkəbliyi ilə inşaat sahəsində etibarlı tərəfdaş kimi tanınır.
Yarandığı gündən etibarən MYTT həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə (Ukrayna) iri nəqliyyat və infrastruktur layihələrinə imza atmış, dayanıqlı inkişafı əsas məqsəd kimi müəyyənləşdirmişdir. Topladığımız praktik təcrübə və davamlı təlim keçən mühəndis-operator komandamız sayəsində fəaliyyət dairəmizi genişləndirmiş, strateji hədəflərimizə ardıcıl şəkildə çatmışıq.
- Peşəkar mühəndis-operator komandası
- İri infrastruktur layihələrində təcrübə
- Dayanıqlı inkişaf və məsuliyyətli icra
Hazırda aşağıdakı istiqamətlər üzrə işlərin icrasını məsuliyyətlə həyata keçirən baş podratçı kimi xidmət göstəririk.
Xidmət sahələrimiz
- Şəhər daxili və magistral avtomobil yolların inşası
- Körpü və tunellərin inşası
- Yeraltı və yerüstü piyada keçidlərinin inşası
- Sənaye, mülki və ictimai binaların inşası
- Su, kanalizasiya və istilik xətlərinin inşası
- Daxili mühəndis sistemləri və avadanlıqların quraşdırılması
- Unikal konstruksiyalı bina və qurğuların inşası