MYTT

Ətraf mühitə məsuliyyət

Yol və infrastruktur layihələri çox vaxt təbii əraziləri bir-biri ilə birləşdirdiyi üçün, həyata keçirilən bütün işlərdə ekosistemə həssas yanaşma bizim əsas prioritetimizdir.

Əsas yanaşmalarımız

  • İcra etdiyimiz layihələrdə işə başlamazdan əvvəl ərazinin flora və faunası, həmçinin bioloji mühiti ətraflı təhlil olunur və işlər təbiətə minimum təsir prinsipi ilə planlaşdırılır.
  • Tikinti proseslərinin ətraf mühitə mümkün təsiri mütəxəssislər tərəfindən qiymətləndirilir, analiz olunur və müasir texnoloji həllərlə minimum səviyyəyə endirilir.
  • Layihə ərazilərində nadir bitki və heyvan növlərinin mövcudluğu araşdırılır, onların qorunması üçün preventiv tədbirlər görülür.
  • İşlərin icrası zamanı təkrar emala yararlı materiallardan istifadəyə üstünlük verilir.

Texniki və monitorinq tədbirləri

  • Texniki parkımızda karbon emissiyasını azaltmaq məqsədilə "AdBlue" texnologiyası ilə işləyən avadanlıqlardan istifadəyə prioritet verilir.
  • Asfalt və beton istehsalında beynəlxalq standartlara uyğun çoxqatlı filtrlər tətbiq olunur və bu sistemlər planlı şəkildə yenilənir.
  • Xüsusi laboratoriya tərəfindən hər rüb üzrə toz və digər emissiyaların səviyyəsi ölçülür və nəticələr monitorinq olunur.

Yol örtüyünün inşasında istifadə etdiyimiz asfalt qarışıqları təbii mənşəli materiallar əsasında hazırlanır. İstehsal prosesində qarışıqlara ekoloji və insan sağlamlığı üçün risk yaradan kimyəvi qatqılar əlavə edilmir.

Yüklənir